Azer wrote:
Mənə bildirdiyiniz fikrə görə minnətdaram! Dediklərinizi edəcəm.
Siz özünüz bu yazıları görürsünüz? Və hansı Browserlərdən istifadə edirsiniz?
Minnətdarlığa ehtiyac yoxdur. Həmişə buyurun!
O ki, qaldı Mənə: Bəli Mən hər bir Azərbaycan əlifbası ilə yazılmış hərfi görürəm. Daha doğrusu kompüterim görür.
İstifadə etdiyim browserlər isə əsasən Internet Explore, Mozilla FireFox və Opera-dır.
P.S Klublarda adətən Internet Explore-da Azərbaycan əlifbası ilə problem olur. O kiçik problemlər də köhnə versiyada mövcuddur. Internet Explore 7-də bütün problemlər həll edilib (Hətta dil problemi BETA 2-də tam həll edilmişdir). Yükləmək üçün:
http://www.microsoft.com/downloads/deta ... laylang=en)
Internet Explore 7-dən əlavə klublarda bu cür problemlər olduqda "Opera Internet Browser"dən və ya "Mozilla FireFox"dan istifadə edin. Aşağıda linkləri yazmışam:
Opera Internet Browser:
http://www.opera.com/download/ (International-ı yükləyin)
Mozilla FireFox:
http://www.mozilla.com/products/downloa ... in&lang=ru (Yaxın gələcəkdə Azərbaycan dilində Mozilla FifeFox-un URL ünvanını da yazacam)
Uğurlar!